Baltimorda avtomobil dayanacağı üstündə atışma: 12 yaşlı qız öldü


  • 11:06

ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində silhalı insident baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə, hadisə uşaqların futbol oynadığı parkda baş verib. İlkin məlumata əsasən, iki şəxs arasında avtomobillərlə bağlı mübahisə yaranıb və tərəflər bir-birinə atəş açıblar.

Polisin ehtimalına görə, həmin vaxt futbol oyununu izləyən 12 yaşlı qız aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları daha bir güllə yarası almış qadın aşkar ediblər. Bundan başqa, insidentlə əlaqəli olduğu ehtimal edilən iki nəfərin xəstəxanaya müraciət etdiyi bildirilib. Xəsarət alan digər üç şəxsin vəziyyətinin stabil olduğu qeyd edilib.

Polis hadisə ilə bağlı ən azı iki şübhəlinin axtarıldığını, lakin hələlik heç kimin saxlanılmadığını açıqlayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər