- 12:25
Türkiyənin Mersin şəhərində bələdiyyələrlə bağlı aparılan korrupsiya araşdırması çərçivəsində saxlanılan 59 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersin Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində oktyabrın 1-də keçirilən əməliyyat zamanı saxlanılanlar arasında Mersin Böyükşəhər Bələdiyyə Başçısı Vahap Seçer, Yenişehir Bələdiyyə Başçısı Abdullah Özyiğit və Mezitli Bələdiyyə Başçısı Ahmet Serkan Tuncer də var.
Onların polis tərəfindən dindirilməsi başa çatıb. Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra məhkəməyə gətirilib.
İstintaq Mersin Böyükşəhər, Mezitli və Yenişehir bələdiyyələrində mümkün korrupsiya halları ilə bağlı aparılır.
Prokurorluğun məlumatına görə, Böyükşəhər Bələdiyyəsinin 13 birbaşa satınalma və tender sənədində nöqsanlar müəyyən edilib. Araşdırmada həmin satınalmalarla bağlı Seçerin rəsmi təsdiq verdiyi iddia olunur.
İstintaq çərçivəsində Mezitli Bələdiyyə Başçısı Ahmet Serkan Tuncer barəsində də ayrıca araşdırma aparılır.
Hazırda 59 şübhəli ilə bağlı məhkəmə prosesi davam edir.
Şəbnəm Mehdizadə