İran Norveç səfirini XİN-ə çağırıb


  • 12:25

İran Norveçin Tehrandakı səfiri Pol Byornestadı Xarici İşlər Nazirliyinə çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Səfirə "Starlink" peyk sistemlərinin İran ərazisində icazəsiz fəaliyyəti ilə bağlı etiraz bildirilib. İran XİN Norveçin Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında "Starlink" sistemlərinin qeydiyyatı və bildirişi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini açıqlayıb.

Bundan əlavə, ABŞ və İsrailin "Starlink"dən İrana qarşı fəaliyyətlərdə istifadə etdiyi barədə iddialar səfirin diqqətinə çatdırılıb və Norveçə etiraz notası təqdim olunub.

İran Norveçdən ölkə ərazisində icazəsiz "Starlink" ötürmələrinin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər