Kiyev məhkəməsi Ermənistan vətəndaşını 8 il azadlıqdan məhrum etdi


  • 21 Yanvar 2021 18:07

Kiyev məhkəməsi Ermənistan vətəndaşının 8 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, məlumatı Kiyev şəhər prokurorluğunun mətbuat xidməti yayıb.

Bildirilib ki, 2019-cu ildə Kiyev şəhərinin Şevçenko rayon məhkəməsi Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenko administrasiyasının əməkdaşı Aleksandr Buxtata quldurcasına hücum etdiyi üçün Ermənistan vətəndaşını həbs etmişdi.

Prokurorluğun məlumatına görə, cinayət hadisəsi 2019-cu ilin martında Kiyevdə baş verib. Ermənistan vətəndaşı əlaltıları ilə birlikdə administrasiya əməkdaşının kəllə nahiyəsinə 4 zərbə endiriblər. Nəticədə Aleksandr Buxtat ölüb.

Məlumata görə, müttəhim təqsirini qismən boynun alıb.

Mənbə: report

Oxşar xəbərlər