Fransada şagird etirazları genişlənir: məktəb və avtobuslar yandırılıb


  • 17:00

Fransada orta məktəb şagirdlərinin təhsil siyasətinə, müəllim çatışmazlığına və məktəblərin vəziyyətinə etirazları bir həftədən çoxdur davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar ölkənin müxtəlif şəhərlərinə yayılıb.

Paris, Lion, Nant və Marseldə məktəblərin qarşısında qarşıdurmalar yaşanıb, zibil qabları və barrikadalar yandırılıb.

Lionda "Saint-Just", Nantda isə Nelson Mandela adına məktəbdə yanğın törədilib. Marseldə bir avtobus və “Saint-Exupéry” liseyi yaxınlığında yanğınsöndürmə maşını yandırılıb. Hadisə zamanı bir yanğınsöndürən yüngül xəsarət alıb.

Etirazçılar bəzi ictimai nəqliyyat avtobuslarını da ələ keçirib.

Polis aksiyalar zamanı yüzlərlə nümayişçini saxlayıb. Məktəblərin ətrafındakı bəzi yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər