"Daha bir "məxməri inqilab" olmayacaq" - Paşinyan


  • 25 Fevral 2021 19:14

Ermənistanın baş naziri Nikol Paşinyan yürüşü dayandırdığını elan edərək tərəfdarlarını və siyasi qüvvələri məşvərətə çağırıb.

E-huquq.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Müxalifəti danışığa dəvət edən Nikol Paşinyan deyib: “Biz xalqın mövqeyini təsbit etdik. On minlərlə insan bizimlə birlikdə "Respublika" meydanında oldu. Mən hamıya daha bir “məxməri inqilab"ın olmayacağını vəd edirəm”.

Onun sözlərini tərəfdarları alqışlarla qarşılayıb.

Müxalifət liderlərindn sayılan Vazgen Manukyan isə deyib ki, Paşinyanla yalnız onun istefası məsələsini müzakirə edə bilərlər.

Nikol Paşinyanın istefasını tələb edənlərin etiraz aksiyası davam edir.

Oxşar xəbərlər