- 9 Oktyabr 23:29
Banqladeşdə "danq qızdırması" diaqnozu qoyulan 463 nəfər xəstəxanaya yerləşdirilib.
E-huquq.az "The Daily Star" qəzetinə istinadən xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi açıqlama yayıb.
Açıqlamada son 24 saatda 1 nəfərin "danq qızdırmasından" öldüyü bildirilib.
Beləliklə virusdan ölənlərin sayı 96-ya çatıb.
Ölkədə bu il ümumilikdə 15 min 670 nəfər "danq qızdırmasına" yoluxub.
Şəbnəm Mehdizadə