- 16 Noyabr 23:57
Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, “Opel” markalı minik avtomobili “VAZ-2106” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.