DİN paytaxtda baş verən ağır qəzalarla bağlı məlumat yaydı


  • 12 Sentyabr 2020 12:55

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

E-huquq.az xəbər verir ki, sentyabrın 11-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini R.Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini V.Muradova məxsus “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə R.Məmmədovun sərnişini, Tovuz rayon sakini Eyvaz Abdullayev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Bundan başqa, sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gün saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini O.Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 30-35 yaşlarında kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər