- 12 May 18:03
Goranboyda iki avtomobil toqquşub, sürücü hadisə yerindən qaçıb.
E-huquq.az-ın məlumatına görə hadisə Goranboy-Borsunlu avtomobil yolunun Veyisli kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Əhməd Ərəbovun idarə etdiyi "Kia Cerato" markalı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olarkən, həmin istiqamətdə hərəkətdə olan Tarzan Şamilovun idarə etdiyi "Ford Fusion" markalı avtomobillə toqququb.
Nəticədə Əhməd Ərəbov ağır dərəcəli bədən xəsarətləri alıb, Tarzan Şamilov isə hadisə yerindən qaçıb.
Faktla bağlı Goranboy RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263-1.2 vǝ 264-cü maddələri ilə cinayət işi başlanılaraq istintaqı aparılır.