Azərbaycanda daha bir hakim vəfat etdi


  • 9 İyul 2020 13:47

Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Sadıqov Məzahir Qafar oğlu vəfat edib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı hakim uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, M. Sadıqov 1963-cü ildə anadan olub. O, 2005-2010-cu illərdə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Xatırladaq ki, qısa müddət öncə Azərbaycanda 3 hakim vəfat edib. Onların koronavirusdan öldüyü bildirilir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər