Biləsuvarda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 16 Mart 2023 17:01

Biləsuvarda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Cavad Kazımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nizami Quliyevin sədrliyi il keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il dekabrın 8-də rayonun Xırmandalı kəndində baş verib. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Daha sonra onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib. Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb. C. Kazımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər