Mərkəzi Bank "Armada" şirkətinə cərimə yazdı


  • 26 May 2023 11:17

Mərkəzi Bank valyuta tənzimi qaydalarını pozduğuna görə "Armada" şirkətinə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Protokol tərtib olunarsa, "Armada" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər