"İstanbul Genetics Klinika" 8 min manatadək cərimə edilə bilər


  • 21 Sentyabr 2023 18:21

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə "İstanbul Genetics Klinika" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərti olunub və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, protokol təsdiq olunsa, "İstanbul Genetics Klinika" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər