Sabirabadda 65 yaşlı piyadanın öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 29 Noyabr 2023 12:00

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramiz Ocaqverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Zalqarağac kəndi ərazisində qeydə alınıb. Rayonun Moranlı kənd sakini Ramiz Ocaqverdiyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan zaman yoldan keçən piyada, 1958-ci il təvəllüdlü Pənah Ağamalıyevi vurub. Piyada aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər