- 15 Fevral 10:44
Bakıda qohumunu qətlə yetirməkdə təqsirləndirilən Həsən Həsrətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Həsən Həsrətov paytaxtın Nizami rayonunda aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə