Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi irəli sürülüb


  • 17 Sentyabr 2021 13:27

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

E-huquq.az xəbər verir ki, bu barədə nazir özünün rəsmi tviter səhifəsində yazıb.

"Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.

Oxşar xəbərlər