Prezident İlham Əliyev Oksfordda İsveçrə Prezidenti ilə söhbət etdi - FOTO


  • 18 İyul 2024 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.

E-huquq.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olundu.

Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparıldı.

Oxşar xəbərlər