Azərbaycanda yaşayış minumumu artırıldı


  • 27 Oktyabr 2021 14:03

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

E-huquq.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu