“Azəriqaz” növbəti həftə 4 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək


  • 3 Dekabr 2022 12:01

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Açıq mikrofon” aksiyaları keçiriləcək.

E-huquq.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu