Rusiya MN: “Moskvaya 8 təyyarə tipli PUA hücum edib, onların hamısı vurulub”


  • 30 May 2023 11:18

“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) hücum edib, onların hamısı vurulub”.

E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.

“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, - nazirlikdən bildirilib.

Oxşar xəbərlər