Almatıda iğtişaşlarda məhkəmə hakimi öldü


  • 11 Yanvar 2022 11:02

Almatıda ixtisaslaşdırılmış rayonlararası inzibati məhkəmənin hakimi Murat Abrayev iğtişaşlar zamanı həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Almatı şəhər məhkəməsinin Mətbuat xidməti məlumat yayıb.

Hakimin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, yanvarın 10-u Qazaxıstan Daxili İşlər Nazirliyi Almatının Türksib rayonunun polis idarəsinin rəis müavini Tanat Nazanın iş yerində infarktdan dünyasını dəyişdiyini açıqlayıb. Elə həmin gün Milli Təhlükəsizlik Komitəsi xüsusi xidmət polkovniki Azamat İbrayevin Nur-Sultanda öz evinin həyətində ölü tapıldığı barədə məlumat yayıb.

Eyni zamanda, Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanovun intihar etdiyi də məlum olub.

Oxşar xəbərlər