- 10 Oktyabr 22:25
İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib.
Bu barədə e-huquq.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 4 km olub.