Bakıda iki avtomobil toqquşub, ölən var


  • 23 May 09:29

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, Əliquliyev Seymur Ağa Əhməd oğlunun idarə etdiyi “Hovo” markalı avtomobillə Hövsan - Türkan yolu ilə onun əks yolu istiqamətində hərəkət edən “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə sürücü Abdullayev Baxşəli Əziz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Fakt bağlı Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər