İki piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 30 Yanvar 2024 17:12

Masallıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qorxmaz Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər