"Araz Supermarket" gömrük qaydalarını pozmaqda günahlandırılır


  • 2 Avqust 2024 11:34

"Araz Supermarket" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Araz Supermarket" min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər