Diaspor təşkilatları ilə bağlı yeni qanun layihəsi hazırlanacaq


  • 21 Sentyabr 2022 11:31

“Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi hazırlanacaq.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, bu qanun layihəsinin hazırlanması üçün dinləmələr keçiriləcək.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc bildirib ki, bu layihənin maliyyə yükü çox azdır.

“Əgər maliyyə yükü çoxdursa da, bu Diasporla İş üzrə Dövlət Komitəsinin işidir. Maliyyə Nazirliyi büdcə müzakirələrində artıq bunu nəzərə alsa, biz bu layihəni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Amma indiki halda biz bu layihə ilə bağlı dinləmələrin keçirilməsini nəzərdə tutmuşuq”, - deyə o qeyd edib.

Oxşar xəbərlər