Zaur Əliyev 600-dən yüksək bal toplayan birinci kurs tələbələri ilə görüş keçirdi - FOTO


  • 23 Sentyabr 2022 15:15

Hüquq fakültəsinin dekanı Zaur Əliyev 600-dən yüksək bal toplayan birinci kurs tələbələri ilə görüş keçirib.

E-huquq.az-ın məlumatına görə, tələbələri qazandıqları yüksək nailiyyətləri münasibətilə səmimi qəlbdən təbrik edən dekan bildirib ki, Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, Hüquq fakültəsinin tələbəsi olmaq isə xüsusi bir məsuliyyətdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı zəfər tarixinin yazıldığı bir dövrdə ölkəmizin gələcək inkişafı naminə hər kəsin, o cümlədən gənclərin üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanıb. Gələcəkdə peşəkar mütəxəssis olaraq uğurlu karyera qurmaq və Vətənə ləyaqətlə xidmət etmək üçün bu gün əldə edilən yüksək nəticələrin və toplanan yüksək balların bir başlanğıc olduğunu bildirən dekan, tələbələrə bundan sonra daha qətiyyət və əzmlə çalışmalarını, nizam intizamlı olmalarını tövsiyə edib.

Zaur Əliyev tələbələrin çoxsaylı suallarını cavablandırıb, təkliflərini dinləyib.

Oxşar xəbərlər