BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO


  • 16:48

BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində "BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası"na həsr olunmuş tədbir təşkil olunub.

E-huquq.az xəər verir ki, bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin "X" hesabında və BMT-nin rəsmi hesablarında məlumat paylaşılıb.

Məlumatda bildirilir ki, Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olan Azərbaycan "İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi" adlı tədbirə töhfə verib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov çıxış edib.

O, Azərbaycanın kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Konvensiyaya qoşulma prosesi və milli qanunvericiliyin ona uyğunlaşdırılması üzrə təcrübəsini bölüşməyə hazırdır.

Qeyd edək ki, BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təşkilatçılığı ilə beş ildən bir baş tutan qlobal tədbirdir.

Oxşar xəbərlər