Nərimanov Tibb Mərkəzi qanunvericiliyi pozmaqda günahlandırılır


  • 30 Mart 2023 15:37

"Nərimanov Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Nərimanov Tibb Mərkəzi" on min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər