Sektor müdiri: "Müvafiq sahələrdə kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni normativ sənədlər hazırlanır"


  • 31 May 2023 11:48

"Azərbaycanda kibertəhlükəsizlik startegiyasının hazırlanması ilə bağlı işlər görülür. Artıq “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib"

E-huquq.az-ın məlumatına görə, bunu Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.

O bildirib ki, bu istiqamətdə kadrların, peşəkar mütəxəssilərin hazırlanması üçün müvafiq addımlar atılır: "Buna misal olaraq deyə bilərik ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Həmçinin qeyd olunmalıdır ki, normativ hüquqi bazanın formalaşdırılmasına başlanılıb. Kibertəhlükəsizliklə bağlı qanuna müəyyən əlavələr edilib. Onu da deyim ki, nazirlik tərəfindən cavabdeh olduğu sahələrdə təhlükəsizliyin təmin edilməsi qaydası ilə bağlı tərəflərin hüquq və öhdəliklərini müəyyən edən yeni normativ sənədlər hazırlanır. Hazırda sənəd təsdiq olunma mərhələsindədir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər