Bakıda mənzildə meyit tapılıb


  • 20 İyul 2024 19:49

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər