- 10:48
Türkiyənin Denizli şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Denizlinin Buldan rayonunda tur mikroavtobusunun dərəyə aşması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.
Qəza yerinə tibb, xilasetmə və polis qrupları cəlb edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
Sərnişinlərin bir günlük tur üçün İzmirdən şəhərə getdikləri və geri qayıtdıqları bildirilib.
Humay Eminqızı