Suraxanıda 5 otaqlı ev yandı


  • 17 İyul 2024 20:54

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları, 3 otağının tavanı 70 m² sahədə və yaxınlıqda həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər