- 17:00
İsrailin şimalında, Hayfa şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, 65 nömrəli şosse yaxınlığında baş verən qəza nəticəsində təyyarədə olan bir nəfər ölüb, digər şəxs isə ağır yaralanıb.
Qəzadan sonra ərazidə yanğın baş verib. Hadisə ilə əlaqədar 65 nömrəli şosse bağlanıb və sürücülərə həmin ərazidən uzaq durmaları tövsiyə edilib.
İlkin məlumata görə, təyyarənin kənd təsərrüfatı məqsədilə istifadə edildiyi ehtimal olunur. Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Şəbnəm Mehdizadə