Məhkəmə sürücü ilə bağlı bəraət qərarını qüvvədə saxladı


  • 29 Noyabr 2023 17:38

Şəki Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən təqsirləndirilən Bahadur Hüseynlinin barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə protest təmin olunmayıb və birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Mingəçevirdə baş verib. Belə ki, 2004-cü il təvəllüdlü Bahadur Hüseynov idarə etdiyi "Ford Transit" markalı avtomobillə yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Əflatun Məhərrəmovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bahadur Hüseynliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona bəraət verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər