Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edildi


  • 7 Sentyabr 15:46

Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dəyişikliyə əsasən, nazirlik “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini yerinə yetirəcək.

Nazirlik “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək hüququna malikdir.

Nazirliyin qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılmasıvə ya ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ olacaq.

Oxşar xəbərlər