- 09:32
Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb.
E-huquq.az xəbər ki, dövlət və ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, şəhər sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərindən gəlmiş insanlar şəhid məzarlarını ziyarət edir, məzarın önünə əklil qoyurlar.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.
Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.