Lənkəranda atalığı 3 yaşlı uşağı döyüb? - FOTO


  • 11:29

Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb.

E-huquq.az xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Ə.E. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Valideynləri övladlarının digər uşaqlarla oynayarkən, xəsarət aldığını qeyd etsələr də, 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Mənbə: APA

Oxşar xəbərlər