Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı


  • 26 Sentyabr 22:50

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb.

E-huquq.az xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı, 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər