Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirildi


  • 01:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Nasser Burita ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirlər Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi məsləhətləşmələri, parlamentlərarası əlaqələri və xarici işlər nazirlikləri arasında institusional əlaqələndirməni xüsusi vurğulayıblar.

Görüşdə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalar çərçivəsində birgə əlaqələndirmə, həmçinin Afrika ölkələri ilə strateji dialoqun inkişaf etdirilməsi və insanlararası təmasların, eləcə də təhsil sahəsində mübadilələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Oxşar xəbərlər