Xətai rayonunda velosiped oğurlayan şəxs saxlanıldı


  • 15:32

Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib.

E-huquq.az-ın xəbərinə görə, rayon ərazisində binaların birinin qarşısından dəyəri *2000* manat olan velosiped oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş O.Cəfərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər