- 18:18
Biz real nəticələr verən, regional sabitliyi təmin edən və dayanıqlı inkişafı təşviq edən çoxtərəfli sistemə sadiq qalırıq.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" sosial şəbəkə hesabında yazıb.
"Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasına müraciət etməkdən məmnun oldum. Assambleyanı de-fakto sülh vəziyyəti və Vaşinqton Sülh Sammitindən sonra davam edən post-münaqişə bərpa prosesi barədə məlumatlandırdım.
Azərbaycanın regionlararası bağlantıların inkişaf etdirilməsi, yaşıl enerji keçidi, iqtisadi transformasiya və iqlim fəaliyyəti sahələrində liderliyini, həmçinin qlobal inkişafa və çoxtərəfli islahatlara fəal töhfəsini vurğuladım", - deyə o qeyd edib.