- 17:27
Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Yasamal rayonunda “Toyota” markalı avtomobildən oğurluq edilib. Daxil olmuş məlumat əsasında Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Vahabov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub, o, nəqliyyat vasitəsinin yük yerinin açıq olmasından istifadə edərək dəyəri "2666" manat olan noutbuku talayıb. Araşdırmalar davam etdirilir.