- 10:57
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.
Bu barədə e-huquq.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sektorları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.