Növbəti həftə 1 şəhər və 4 rayonda "Açıq mikrofon" qurulacaq


  • 13 Avqust 2022 18:53

Növbəti həftə (15-19.08.2022 tarixləri) saat 12:00-da daha 1 şəhər və 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

E-huquq.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Sumqayıt şəhərində (Şəmsi Bədəlbəyli 8, “Kimyaçı” Mədəniyyət Sarayı), 2-ci günü Biləsuvar rayonunda (Heydər Əliyev prospekti, Mərkəzi Park), 3-cü günü Cəlilabad rayonunda (Heydər Əliyev prospekti, Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi), 4-cü günü Yardımlı rayonunda (Heydər Əliyev prospekti 165, Heydər Əliyev Mərkəzi), 5-ci günü Lənkəran rayonunda (Həzi Aslanov Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər

Oxşar xəbərlər