Bakıda mənzildə meyit tapıldı


  • 12:20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

E-huquq.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər