Ağstafada anasının başına daşla vurduğu azyaşlı xəstəxanaya yerləşdirildi


  • 20 Fevral 22:07

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirməsinə dair məlumat yayılıb.

DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov e-huquq.az-a bildirib:

“Sözügedən məsələ Ağstafa rayonunda qeydə alınıb. Azyaşlı xəstəxanaya yerləşdirilib, Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Oxşar xəbərlər