"Zeytun Pharmaceuticals" barədə protokol tərtib olundu


  • 3 İyun 2023 12:17

"Zeytun Pharmaceuticals" MMC-yə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunsa, aptek şəbəkəsi üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər