- 15 Sentyabr 14:07
Astarada qonşusunu bıçaqlamaqda təqsirləndirilən Mahir Məmmədovun ( şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Astara Rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasəən, M.Məmmədov Cinayət Məcəlləsinin 127.2.3- cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü M.Məmmədov mübahisə zəmnində qonşusu Hüseyn Babayevə (şərti ad-soyad) bıçaqla xəsarət yetirib. Onlar arasında mübahisənin səbəbi təqsirləndirilən şəxsin qonşusunun evinin yaxınlığında həmkəndliləri ilə tez-tez toplaşması olub. Zərərçəkmiş şəxs buna etiraz edib və onun həmin ərazidə toplaşmasının düzgün olmadığını deyib. Sonra aralarında təhqiramiz ifadələrə görə sözlü mübahisə yaranıb və bu mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.
Şəbnəm Mehdizadə